Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əksinə, məktəbdə telefona icazə verilməli və yeniyetmələrlə uyğun davranılmalıdır"
"Əksinə, məktəbdə telefona icazə verilməli və yeniyetmələrlə uyğun davranılmalıdır"

Son zamanlar məktəblərdə baş verən neqativ hadisələrin video görüntülərinin sosial şəbəkələrdə yer alması halları artıb. Bu görüntülərdə müəllim-şagird münasibətləri, şagirdlərin qeyri-etik davranışları və s. yer alıb. Nə baş verir? Təhsilmi qüsurludur, yoxsa bu günün yeniyetməsimi?

Sosial araşdırmaçı Orxan Şahbaz Bizimyol.info saytına müsahibəsində bildirib ki, bu gün nəsillərin uyğunlaşmaması sıxıntısı var. Kurikulum sistemi, sovet dövrünün təhsil təfəkkürü və sosial şəbəkələrdə gedən proseslər bir-biri ilə qarışıqdır. Uyğunlaşma yoxdur, vəhdət təşkil etmir:

Orxan Şahbaz Orxan Şahbaz

“Məsələn, bir yeniyetmə "Tiktok"-da baxır hər hansı bir videoya. Sonra o da ona meylli olur. Onun bu addımı atmasının qarşısını alacaq təhsil sistemi yoxdur. Oxumur. Çünki doğru şəkildə və ümumiyyətlə, təhsil verilmir. Müəllimlərin təhsil verməklə bağlı sıxıntıları var. Yaşlı müəllimlər sovet təhsili təfəkküründədir, yeni müəllimlər də kurikulumu mənimsətməyə çalışırlar. Yaşlı müəllimlər də bu prosesə qoşulmağa çalışır. Və qarışıqlıq yaranır. Nəticədə yeniyetmələrin IQ və emosional-sosial zəkası doğru şəkildə formalaşa bilmir. Və bu da onlarda sıxıntılara səbəb olur. Mən qarşımda gördüyüm neqativi idarə edə bilmək üçün, bu neqativin nə olduğunu bilməliyəm. Bunu da mənə kimsə öyrətməlidir. Öyrədən adam bunu mənə doğru şəkildə öyrədib, mənimsədə bilmirsə, mən neqativlə qarşılaşan zaman istədiyim kimi hərəkət edəcəyəm. Buna görə də həyatımıza mütləq şəkildə təsir göstərən kimsə olmalıdır. Bu isə valideyn və müəllimlər olur. Valideynlər bilir ki, məktəbdə normal təhsil verilmir, uşağını hazırlığa yönləndirir”.

Ekspert qeyd edir ki, sistematik olaraq hər şey səhvdir və bu səbəbdən də belə neqativ hadisələr baş verir. Məktəblərdə telefonların yığılmasına gəldikdə isə müsahibimiz bildirir ki, qadağa heç bir neqativin qarşısını almır. Əksinə, təşviq edir.

“Məcburiyyətlə nəsə etmək olar. Məsələn,  müəllim uşağı nəyəsə məcbur edir. Bu zaman uşağın müəllimə höprməti olmur. Tutaq ki, o ayağa məcburiyyətdən qalır. Bu zaman o müəllimə hörmət etmir. Ümumiyyətlə, nəyisə qadağan etmək nəyinsə qarşısını almır. Sadəcə olkaraq həmin neqativi izah etmək lazımdır. İnsanlar bir şeyi həll edə bilməyəndə, onu qadağalarla və ya məcburiyyətlə, qorxu ilə və s. qarşısını almağa, həll etməyə meylli olurlar. Elə bilirlər ki, bu çarədir, amma bu çarə deyil”,- deyən araşdırmaçı qeyd edir ki, əksinə, telefon istifadəsinə icazə verilməli və yeniyetmələrlə uyğun şəkildə davranılmalıdır. Hər insana uyğun şəkildə davranıldığı təqdirdə öz təsirini göstərir.

“Mən görürəm ki, qarşıdakı şagird Polad Ələmdarın pərəstişkarıdır. Mən onun Polad Ələmdar təfəkkürünə daxil olub, onu oradan çıxarıb, məni dinləməyə yönləndirirəm. Bu zaman o, avtomatik məni dinləyir. İnsanlara psixoloji tərəfdən yanaşıb, özünü o istiqamətdə onlara qəbul etdirmək və bundan sonra onların fikrini dəyişdirib, formalaşdırmaq mümkündür” - deyə Orxan Şahbaz bildirib.

P.S. Bəs bizim məktəblərdə neqativ hallarln qarşısının alınması üçün nə edilir? Telefonların qadağan edilməsi niyə çarə kimi görülür? Bu, həqiqətləri gizlətməyə xidmət edir. Təıhsil Nazirliyi idarəetmənin düzgün aparılmadığını etiraf edib, sistemi yeniləmək yerinə, eybəcərliklərin daxildə qalması istiqamətində siyasət yürüdür. Bu isə Azərbaycan təhsilinin gələcəkdə daha da zəifləyəcəyinin xəbərçisidir. Məktəblərdə qadağa, məcburiyyət sistemi ilə deyil, səmimiyyət sistemi ilə təhsil tədris edilməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »