Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir
VTB (Azərbaycan) əmanətlərin çeşidini genişləndirir

VTB (Azərbaycan) iki yeni məhsul – “Uşaq yığım hesabı” və vəsaitin qismən artırılma və çıxarılması mümkün olan “Cari yığım hesabı” əmanətlərini istifadəyə verir. Məhsullar üzrə maksimum faiz dərəcəsi müvafiq olaraq 10,5% və 9% təşkil edir.

Cari yığım hesabında maksimum gəlir 9%-ə çatır. Minimum yerləşdirmə məbləği 0,01 AZN-dir, əmanəti istənilən vaxt artırmaq və azaltmaq mümkündür. Depozit manatda qeyri-məhdud müddətə açıla bilər.

"Uşaq yığım hesabı"-nı iki valyutada - manat və dollarda aça bilərsiniz. Maksimum faiz dərəcəsi manatla vəsait yerləşdirərkən 10,5%, ABŞ dollarında isə 2,5% təşkil edir. Əmanəti yetkinlik yaşına çatdıqda ondan istifadə edə biləcək uşaq üçün valideyn və ya qəyyumun adına aça bilərsiniz. Milli valyutada vəsait yerləşdirildikdə minimum məbləğ 100 AZN, ABŞ dollarında hesab açıldıqda isə 100 ABŞ dollarıdır. Siz istənilən vaxt əmanəti artıra bilərsiniz - minimum məbləğ əmanət valyutasından asılı olaraq 5 AZN və ya 5 USD təşkil edir. Depozit müddəti 1 ildən 18 ilə qədərdir.

“2021-ci ildə VTB (Azərbaycan)-ın fiziki şəxslərin depozitləri üzrə portfeli 47% artaraq dekabrın sonuna 38,6 milyon manat təşkil edib. Bankın depozit məhsullarına artan marağı nəzərə alaraq, biz əmanətlərin çeşidini genişləndirmək qərarına gəldik və iki yeni məhsul buraxdıq. “Cari yığım hesabı” banka cüzi bir məbləğ də yerləşdirərək gəlir əldə etməyə imkan verir. Eyni zamanda, müştərinin istənilən vaxt əmanətini artırmaq və ya ondan vəsait çıxarmaq imkanı var. Digər yeni depozit məhsulu Uşaq yığım hesabıdır. Bu, övladının gələcəyi üçün kapital qurmaq, həmçinin yetkinlik yaşına çatdıqda ona maliyyə müstəqilliyi vermək istəyən valideynlər üçün faydalı maliyyə alətidir”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeniy Borodin bildirib.

VTB (Azərbaycan) ASC Mətbuat xidməti

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »