Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ komissarı Bakı görüşünü enerji tərəfdaşlığı üçün fürsət adlandırıb
Aİ komissarı Bakı görüşünü enerji tərəfdaşlığı üçün fürsət adlandırıb

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdəki hesabında sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurası, habelə keçirəcəyi görüşlərlə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, komissar nazirlərlə ikitərəfli görüşlərinin olacağını deyib.

“Sabah keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurasına həmsədrlik üçün Bakıda. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı zamanında təsdiqləmək üçün fürsət”, - o yazıb.

Qeyd edək ki, Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəliblər.

K.Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edəcək. Onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər.

Komissar həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşəcək.

Paylaş »
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Türkiyə Yunanıstanla bağlı etdiyi səhvi İsveçlə bağlı etməyəcək"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »