Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir"
Türkiyə XİN: "Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsidir"

Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərə dair təxminən 302 saziş imzalanıb. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə bu sazişlərin, münasibətlərin zirvəsidir.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Ankarada keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin bərpasının 30-cu ildönümü” adlı konfransda bildirib.

O, iki ölkənin bununla kifayətlənmədiyini, Türkiyə və Azərbaycanın Cənubi Qafqazın sülh regionuna çevrilməsi üçün əməkdaşlığa töhfə verdiklərini vurğulayıb.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bir çox cəhdlər oldu. Problemlərimizi başqalarının həll edəcəyini gözləyirdik. Türkiyə və Azərbaycan olaraq hər zaman olduğu kimi, beynəlxalq hüquqa inandığımıza görə gözləyirdik. Amma təəssüf ki, hər hansı bir səmimiyyət və iradə ortaya qoyulmadığı üçün işğal illər ərzində davam etdi”, - nazir müavini bildirib.

XİN başçısının müavini əlavə edib ki, işğala Azərbaycan Prezidenti İlham Əliyevinin rəhbərlik etdiyi Ordu 44 gün ərzində son qoyub.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »