Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqonda həyəcan: Binaya girmək istəyən "casus toyuq" tutulub
Pentaqonda həyəcan: Binaya girmək istəyən "casus toyuq" tutulub

ABŞ-da Arlinqton Heyvanların Müdafiəsi Dərnəyi (AHMD) dünyanın ən böük binalarından biri olan Pentaqonun ətrafında gəzən toyuğu oradan çıxarmaq istəyiblər.

Bizimyol.info xəbər verir ki, "AHMD"nın "Facebook" hesabında verilən açıqlamaya görə, sözügedən toyuq Pentaqonun təhlükəsizlik bölgəsində dolaşarkən görülüb. Bunu görən "AHMD" əməkdaşları toyuğu geri qaytararaq hininə aparılmasını istəyiblər.

Toyuğun Pentaqona soxulmaq cəhdi ilə bağlı xəbərlər hərbi məsələlər üzrə ixtisaslaşmış “Military Times” qəzetində də öz əksini tapıb.

Qəzetdəki xəbərdə: “Toyuq yolu keçmək istəyərkən azıb, yoxsa, dövlət sirrini oğurlamaq vəzifəsi daşıyan casus binaya soxularkən yaxalanıb? Hələlik bu suallara cavab vermək üçün o dimdiyini də açılmayıb”, - deyə qeyd edilib.

Məsələ sosial mediada da böyük marağa səbəb olub. Çoxları cücəyə 1950-ci illərdə Sovet İttifaqına casusluq etdiyinə görə həbs olunan və edam edilən məşhur amerikalı Ethel Rozenberqin adının verilməsini istəyiblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »