Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda güllə yarası alan yeniyetmə suda boğuldu
Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »