Sivasın Suşehri mahalına 23 kilometr məsafədə 2 min 10 km. yüksəklikdə yerləşən Geminbeli rayonunun Şar kəndi yaxınlığında üç dost təbiət gəzintisinə çıxıblar.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Yavuz Kutlu, Yunus Kutlu və Sedat Üner, dağda meşə kənarındakı açıq ərazıdə qarda donaraq ölən canavarla qarşılaşıb.
Canavara yaxınlaşan qrup onun bədənində heç bir yarası izinin olmadığını görüblər. Dostlar güman edirlər ki, heyvan yemək axtararkən qarda donaraq ölüb. Dostlar mobil telefon vasitəsi ilə ayaq üstə donmüş canavarın görüntülərini lentə alıb.
Sonuncu xəbərə görə, yanvarın sonlarına doğru yağan qardan sonra şəhərdə havalar kəskin soyuyub. Yanvarın 25-də şəhərdə havanın temperaturu 30 dərəcə şaxta olub.
Qadir, Bizimyol.info