Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdaşda qətl: Namus üstündə törədilən hadisənin TƏFƏRRÜATI - VİDEO
Ağdaş rayonunda qətl hadisəsi baş verib.

Bizimyol.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, səhər saatlarında Ağdaş rayonundan olan və Bakıda yaşayan Tərlan Hacıyev həmyaşıdı, Ağdaş şəhər sakini Ətraf Nəsibovu bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib. Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda meşə ərazisində gizlənsə də, Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanilaraq istintaqa təhvil verilib.

Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin 10-cu sinf şagirdi olan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib.

Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.

Son xəbərlər
Bütün xəbərlər »