Türkiyə-Ermənistan arasında uçuşların bərpasından sonra dünən axşam saatlarında İrəvandan yola düşən və 64 sərnişini olan təyyarə İstanbul hava limanına eniş edib.
Bizimyol.info xəbər verir ki, Ermənistan FlyOne aviaşirkətinin sədri Aram Ananyan, “uzun fasilədən sonra İrəvan ilə İstanbul arasında hava yolu əlaqəsinin bərpasına böyük əhəmiyyət veririk" deyə açıqlama verib. O, çıxışı zamanı bu uçuşların iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verəcəyini vurğulayıb.
"Bunun nəticəsidir ki, insanlar və şəhərlər arasında əlaqələr güclənir. İqtisadi-ticarət əlaqələri daha da güclənir. Turizm imkanları ilə qarşılıqlı səfərlər də artır. Biz bunu təmin etmək üçün əlimizdən gələni edirik. Uçuşların başlanması həm də uçuşların təmin olunması ilə bağlıdır. Türkiyədəki erməni icmasının Ermənistanla sıx əlaqə saxlaması vacibdir",- deyə qeyd edib.
Leyla, Bizimyol.info