Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin ondan qorxmasından danışıb.

Bizimyol.info oxu.az-a istinadən xəbər verir ki, siyasətçi bu barədə öz Facebook səhifəsində yazıb.

Saakaşvili Rusiya liderinin mətbuat konfransı zamanı onun adının çəkməsini xatırladıb:

"O mənə nifrət edir və şeytandan qorxduğu kimi məndən qorxur”, - sabiq Gürcüstan prezidenti yazıb.

Saakaşvili həmçinin əmindir ki, onun üçgünlük həbsində Rusiya xüsusi xidmət orqanlarının əli var.

"İnanın, mənim belə bəyanatlar vermək üçün kifayət qədər təcrübəm var”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransı zamanı aparıcı Kseniya Sobçakın qarşıdan gələn seçkilərdə müxalifətin rolu ilə bağlı sualını cavablandırıb. Putin bildirib ki, müxalifət hakimiyyətə proqramsız gələcək və bu Rusiyada etirazlara səbəb olacaq.

"Küçələrdə "Saaakaşvililər” qaçacaq. Sizə bu lazımdır?” - Putin bəyan edib.

Bundan əlavə Rusiya lideri Saakaşvilinin etdiklərini Gürcüstan və Ukrayna xalqlarının üzünə tüpürmək kimi qiymətləndirib.

Son xəbərlər
Bütün xəbərlər »