Rusiya Prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyə telekanalına istinadla məlumat yayıb.
Bildirilir ki, səfər fevralın ikinci yarısında baş tutacaq.
Rusiya Prezidentinin Türkiyəyə səfəri Çin Olimpiadasının açılışında iştirakdan sonraya planlaşdırılır. Səfərin dəqiq tarixi də Olimpiadadan sonra məlum olacaq.