Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda gülmək necə yozulur?
Yuxuda gülmək necə yozulur?

Yuxular, insan şüuraltısının təzahürüdür. Gün ərzində yaşanılanlar şüuraltına toplanır. Və bu gecə yuxuda olarkən an olaraq insanın gözünə görünür. Yəni yuxularımız bizim düşüncələrimizlə, hisslərimizlə, duyğularımızla əlaqəlidir. Nəyi yaşasaq, nəyi hiss etsək, nədən danışsaq bizim yuxularımızda əks olunacaq. Bəzən yuxularda hönkür-hönkür ağlayar, bəzən qəhqəhə çəkib gülərik. Gördüyümüz yuxulardan sonra hamı onun yozumunu öyrənməyə çalışır. Məsələn, yuxuda gülməyin hər zaman ağlamağa yozulduğunu deyirlər.

Bəs yuxuda gülmək nədir?

  • Yuxuda istehza ilə gülmək xəstəlikdən xəbər verir.
  • Yuxuda qəhqəhə ilə gülmək yeni dostluqlardan xəbər verir. Yuxuda birinə güldüyünüzü görürsünüzsə, həmin şəxsdən xeyir görəcəyinizdən xəbər verir.
  • Yuxuda gülümsəmək sevinc, xoşbəxtlik, bolluq, bərəkət və ya oğlan uşağının doğulacağına işarədir.
  • Yersiz və zamansız gülmək gələcək kədərdən xəbər verir.
  • Yuxuda ölən birinin güldüyünü görmək, olduğu dünyada vəziyyətinin yaxşı olduğundan xəbər verir.
  • Yuxuda gözyaşı qarışıq qəhqəhə ilə güldüyünüzü gördünüzsə, bu vəziyyət kədər yaşayacağınızdan, peşmançılıqdan və göz yaşından xəbər verir.
  • Subay biri yuxuda gülürsə, ailə həyatı quracaq. Ancaq həmin şəxs yuxuda qəhqəhə ilə gülürsə, böyük bir fəlakətlə qarşılaşacaq.
  • Yuxuda tanıdığınız birinin fəlakətinə gülürsünüzsə, həmin fəlakəti siz də yaşayacaqsınız.

Bəzi yuxuyozanların fikrincə, hamilə qadın yuxuda gülürsə, oğlan övladı dünyaya gətirəcək.

Kimisə təqlid edib gülmək isə kədər deməkdir.

Yuxuda gülmək, bəzən elə olduğu kimi çıxar. Yuxuda insanın yaşadığı ərazidə gülməsi həmin ərazidə ucuzluq və bolluq olacağından xəbər verir.

Gülmək bəzən axmaqlıq kimi də yozulur. Xüsusilə yuxuda güldüyünü görən şəxs vəzifəlidirsə, işində problem yaranacağından xəbər verir. İşdən çıxarıla bilər.

Yuxuda sevinclə gülməyin isə müxtəlif yozumları var. Bəzi yozumçuların fikrincə, bu yuxu olduğu kimi çıxır. Bəzi yozumçular isə şəxsin böyük bir sevgi yaşayacağını vəd edirlər. Bəziləri isə bu yuxunu qadağan edilmiş eşq kimi yozurlar.

Arsızcasına və qəhqəhə ilə gülmək, etdiyin bir səhvə görə ağlayacağından xəbr verir.

Ümumiyyətlə, yuxular necə yozulacağından asılı olaraq rerallaşır. Məsələn yuxuda güldüyünüzü görüb oyanmısınızsa, deyin ki, “sevinəcəyəm”. Və yaxud ürəyinizdə hansısa reallaşmamış arzu varsa deyin ki, həyata keçəcək. Və bütün gördüyünüz yuxuları elə özünüz yozmağa çalışın.

Yuxularınız aydın olsun!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »