Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cadu bir qızın bəxtini necə açır və ya bir xəstəni necə sağaldır...
Cadu bir qızın bəxtini necə açır və ya bir xəstəni necə sağaldır...

Sosial şəbəkələrdə müxtəlif falçılar, parapsixoloqlar, mediumların reklamları ilə qarşılaşırıq. Müxtəlif adlarla profil yaradılır. Burada mediumun və ya falçnın işləri nümayiş etdirilir.

İnsanları təmsil edən “kuklalar”, şamlar, qıfıl, yumurta və s. digər nəsnələrlə caduların edilməsi barədə məlumat verilir. Kişini evə bağlama, eşq cadusu, kişini evdən soyutma, ruzi-bərəkət, bəxt açma və s. ilə bağlı caduların edilməsi ilə bağlı məlumatlar paylaşılır və müştəri yığılır. Nə qədər qəribə olsa da, onlara inanlar və onlara pul xərcləyənlər kifayət qədərdir.

  • Cadu etdirmək günahdırmı?
  • Cadular həqiqətən təsirlidirmi?

İlahiyyatçı Ramin Əliyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, cadu etdirmək və dua yazdırmaq günahdır: “Peyğəmbərimiz cadunu 7 günahdan biri hesab edib. Cadu ilə ev yıxmaq, kiminsə həyatını alt-üst etmək və s. Kimisə xəstəliyə salmağı vəd edən cadugərlər, falçılar da var. Amma bunu etmək çox günahdır. Düşünün ki, Allahın əmrlərinə qarşı çıxırsınız.

Məsələn, biri ailəsində xoşbəxtdir, siz onu ailəsindn qoparmaq üçün cadu etdirirsiniz və yaxud, kişini evə bağlamaq üçün dua yazdırırsınız, ya da kiminsə ölümü üçün bütün var-dövlətinizdən vaz keçirsiniz. Kiminsə varlığını qəbul edə bilmirsinizsə və ya kiminsə bədbəxtliyini arzulayırsınızsa, içinizdəki pis hislərinizlə mübarizə aparmağı öyrənin. Unudun, o insanın varlığını. Yoxsa falçı, cadugər axtarıb pul xərcləmək günahdır”.

İlahiyyatçı qeyd edir ki, cadu və duadan qorxan insanlar Qurani Kərimdə yer almış “Nas”, “Fələq” surələrini hər gün oxumalıdır. Bu surələr, hər kəsi dua və cadunun təsirlərindən qoruyur və insana rahatlıq verir.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına müsahibəsində bildirib ki, dua və cadu insana psixoloji olaraq təsir edə bilir.

“Bəzən bir insan ağır xəstəliyə tutulur. Həkimlər əlac edə bilmir. Bu zaman ailə başlayır “yaxşı” cadugər axtarmağa. Cadugər tapılır və həmin şəxs üçün ağır cadu edildiyi deyilir. Cadu çıxarıldıqdan sonra o insan sağalmağa başlayır. Və hamı elə düşünür ki, cadu çıxarıldığı üçün xəstə sağalır. Əslində isə bu psixoloji təsirdir. Beyin məhz bu caduya görə xəstə olduğunu və artıq o cadunun olmadığnı bədənə təlqin edir. Bu zaman əgər xəstəlik ölümcül deyilsə, xəstə yavaş-yavaş sağalmağa başlayır. Və hamı elə düşünür ki, bu cadu çıxarıldığı üçündür”,- deyə psixoloq bildirib.

Psixoloq qeyd edir ki, insan hər hansı bir təsirdən xəstələnə bilər və beyin gücü ilə sağalmaq mümkündür. Sadəcə olaraq, bəzən baş verən ağrılar və qorxu insanın sağalmasının qarşısını alır. Bunun üçün beyinə hər hansı bir formada təsir etmək lazımdır: “Məsələn, ailə həyatı qura bilməyən bir qıza “bəxstin bağlıdır” deyirlər. Sonra guya kimsə “bəxtini açır” və qız ailə həyatı qurur. Bu da beyin gücüdür. Qız inanmağa başlayır ki, kiminləsə tanış ola bilər. Başlayır öz xarici görkəminə diqqət etməyə və həqiqətən də kiminsə diqqətini çəkir. Qısası, caduya inanmayın. Beyin gücünə inanın. Etmək istədiklərinizi özünüzə güzgü qarşısında təlqin edin. Məsələn, hər gün güzüyə baxıb” mən gözələm” deyən qadın özünü çox gözəl hiss etdiyi üçün diqqət çəkə bilir. Və yaxud səhər tezdən güzgüyə baxıb “işlərim yolunda gedəcək” demək günün pozitiv keçməsinə yardım edir. Özünüzə inanın, başqasına yox”...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »