Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "S-400" tədarükü Türkiyənin daxili işidir
Ərdoğan: "S-400" tədarükü Türkiyənin daxili işidir

"Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükü Türkiyənin daxili işidir. Bu NATO-ya mənfi münasibət bəsləmək deyil, ölkəmizin müdafiəsini gücləndirməkdir".

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda türk gəncləri ilə görüşündə deyib.

Rusiya və Türkiyə 2017-ci ildə "S-400" hava hücumundan müdafiə sisteminin dörd diviziyasının tədarükü üçün 2,5 milyard dollar məbləğində müqavilə imzalayıb. Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib. Müqaviləyə başqa bir alay dəsti üçün seçim də daxil idi. 2021-ci il avqustun sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan ikinci "S-400" alayını almağa şübhə etmədiyini bildirib.

"Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərinin Ankara tərəfindən alınmasına dair razılaşma Ankara ilə Moskva arasında əməkdaşlığın inkişafı baxımından mühüm addımdır. Rusiya sistemləri çox mühüm hücum müdafiə sistemidir. Bu, qərarımız Türkiyənin daxili işidir. Biz bu qərarı verdik, Rusiya ilə razılaşdıq. NATO baxımından bu addım heç bir mənfilik gətirmir”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv olan ölkələr “öz silahlı qüvvələrinin ehtiyacları üçün silahların alınması ilə bağlı müstəqil qərar qəbul etmək hüququna malikdirlər”.

Bizimyol.info

Paylaş »
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »