Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantların can atdığı Yeni Zelandiyada həyatın müsbət və mənfi tərəfləri
Miqrantların can atdığı Yeni Zelandiyada həyatın müsbət və mənfi tərəfləri

Yeni Zelandiyanın adı miqrant həyatı yaşamaq istəyənlərdə daha çox müsbət emosiyalar doğurur. Çünki ada ölkə barədə, adətən, yaxşı fikirlər səslənir. Yeni Zelandiyada yaşamaq istəyənlərin sayı çoxdur. Amma harasa köçməzdən əvvəl oranı yaxşı araşdırmaqda fayda var.

Bizimyol.info xəbər verir ki, Yeni Zelandiyanın bir xeyli müsbət tərəfləri kimi mənfi yanlarını da sadalamaq mümkündür. Əlbəttə, sosial baxımdan uzaq ölkə yaşamalı yer adlana bilər. Sadəcə, çətinlikləri də unutmaq olmaz.

Müsbət tərəflərdən başlayaq. Yaşayış səviyyəsinə görə Yeni Zelandiya dünyada 8-ci yerdə qərarlaşır. Paytaxt Vellinqton bu mənada şəhərlər arasında 4-cüdür. Məvacib yetərincə yüksəkdir. Bir saat işləmək azı 18.9 Yeni Zelandiya dolları (12.5 ABŞ dolları) gətirir. Orta illik əməkhaqqı 49 min Yeni Zelandiya dollarıdır (32300 ABŞ dolları).

Ölkənin iqliminə, ekologiyaya söz ola bilməz. Elektrik enerjisinin 80 faizi bərpa oluna bilən mənbələrdən alınır. 2025-ci ildə Yeni Zelandiya atmosferə göndərilən zərərli qazların neytral balansını yarada bilən ilk ölkə olacaq.

Ada dövlət təhlükəsizlik baxımından ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələri geridə qoyur. Elə Avropanın bir çox dövlətləri də bu baxımdan Yeni Zelandiyadan geri qalır. Ölkədə qənaətbəxş biznes mühiti yaradılıb. Korrupsiya, demək olar, yoxdur. Hər hansı şirkətin internet vasitəsilə qeydiyyatı uzağı 10 dəqiqə çəkir.

Yeni Zelandiya miqrantların gəlişinə müsbət yanaşır. Ölkənin yüksəktəsnifatlı əcnəbilərlə yanaşı, sadə işçilərə də ehtiyacı var.

Təhsilin səviyyəsinə görə Yeli Zelandiya dünyada liderlərdəndir. Ölkə əhalisi tolerant sayılır. Təqaüdçülərə yüksək pensiya verilir. Orta hesabla ildə 19.2 min Yeni Zelandiya dollarından (12660 ABŞ dolları) danışmaq olar.

İndi keçək mənfi tərəflərə. Yeni Zelandiya Sakit Okeanın ən təlatümlü vulkanik zonalarından birində yerləşir. Burada çoxlu zəlzələlər olur. Kataklizmlər özü ilə dağıntılar gətirir.

Qiymətlər çox yüksəkdir. Daşınmaz əmlaka yaxın gəlmək olmur. Oklendde ev almaq üçün azı 1 milyon Yeni Zelandiya dollarından (660 min ABŞ dolları) keçməlisən. Bölgələrdə də mənzil almağa 200 min ABŞ dollarından az xərc çıxmaz.

Benizinin litri 2 Yeni Zelandiya dollarınadır (1.33 ABŞ dolları). Nəqliyyatda gedişhaqqı 3-5 Yeni Zelandiya dolları arası dəyişir.

Yeni Zelandiya çox uzaqda yerləşir. Yəni ora köçmüsünüzsə, dünyanın qalan hissəsində yaşayan yaxınlarla görüşmək problemə çevriləcək. Təkcə bir istiqamətə 1000 Yeni Zelandiya dolları təyyarə xərciniz çıxacaq. Özü də ən azı 17 saat havada keçirməlisiniz.

Cinayətkarlığın səviyyəsi yüksəkdir. Yeni Zelandiya polisi həmişə hərəkətsizlikdə ittiham olunur.

Yerli adamlar üçün səhiyyə əlverişlidir. Çünki tibbi sığorta var. Gəlmələr baha qiymətlərdən əziyyət çəkir.

Ölkə elə yerdə yerləşir ki, günəş sizə zərər verə bilər. Yeni Zelandiyada dəri xərçəngi geniş yayılıb.

Əlbəttə, ada ölkədə yaşamağa dəyər. Amma mümkün miqrant həyatının bütün tərəflərinin bilməyin yalnız faydası olacaq.

Aytən, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »