Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amma çox deyil, hardasa məhkumların 15-20 faizini əhatə edir"
"Amma çox deyil, hardasa məhkumların 15-20 faizini əhatə edir"

“Cəzaçəkmə müəssisələrində hər zaman olduğu kimi yenə də sıxlıq problemi var. Sıxlığa əsas səbəb isə cəzaçəkmə müəssisələrinin çox hissəsinin uzun illər əvvəl tikilməsi ilə əlaqədardır. Bəzi cəzaçəkmə müəssisələrinin binaları XIX, XX əsrlərdə tikilib. Bəzi binalar ümumiyyətlə cəzaçəkmə müəssisələrinə uyğun deyil. Həmin binalar sovet dövründə tikilib və həmin binalarda konstruksiya problemləri var”.

Bu barədə Bizimyol.info saytına müsahibəsində “Konstitusiya Araşdırmalar Fondu”-nun rəhbəri Əliməmməd Nuriyev danışıb. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinin yenidən qurulması istiqamətində addımlar atılır. İstilik sisteminin yenidən qurulması, sərinləşdirici sistemin qurulması həyata keçirilib. Bəzi cəzaçəkmə müəssisələrində kondinsioner və vintelyasiya sistemi qurulub. Bəzi cəzaçəkmə müəssisələri yeni tikilmiş müəssisələrdir. Naxçıvanda və Şəkidə tikilmiş cəzaçəkmə müəssisələri də standartlara uyğun yeni tikilmiş müəssisələrdir.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

Bütün cəzaçəkmə müəssisələri Avropa standartlarına uyğun ola bilməz. Yataqxana və kazarma sistemi olduğu üçün burada məhkumlar 30-50 nəfər böyük bir yataqxanada yaşayırlar. Bu baxımdan sıxlıqlar var. Ekspert qeyd edir ki, normanın təmin edilməsi istiqamətində addımlar atılır: "Bilirsiniz ki, 1995-ci ildən bu günə qədər 67 əfv sərəncamı imzalanmışdır. Bu sərəncamlar zamanı 10 mindən çox məhkum cəzasının çəkmədiyi hissəsindən azad edilmişdi. Vaxtından əvvəl cəzadan şərti azadetmə institutu rejim növünün dəyişdirilməsi ilə bağlı, daha yüngül rejim növünə keçməsi ilə bağlı institutun tətbiqi prosesi aktivləşib ki, bu da son illər cəzaçəkmə müəssisələrində sıxlığı azaldır. Yenə də 1995-ci ildən bu günə qədər 11 amnistiya aktı qəbul edilib. Və bu çərçivədə 130 mindən çox şəxs cəzadan azad edilmişdir. Bu da cəzaçəkmə müəssisələrində sıxlığın azalmasına təkan verir. Noyabrın 5-də sonuncu amnistiya qəbul edilib. Hazırda onun tətbiqi sona çatmaq ərəfəsindədir. Dörd ay müddətində tamamilə sona çatacaq".

Ekspertin fikrincə, cəzaçəkmə müəssisələrində digər bir problem də məşğulluqla bağlıdır. Bununla bağlı Nazirlər Kabinetinin qərarına ehtiyac var. Qanunverciliyin tələblərinə görə heç kim əməyə məcbur edilə bilməz. Amma kim işləmək istəyirsə, cəzaçəkmə müəssisələrində, sexlər, emalatxanalar fəaliyyət göstərir.

“Amma bu sex və emalatxanalar çox deyil. Hardasa məhkumların 15-20 faizini əhatə edir. Bu səbəbdən də hökümətin bununla bağlı qərarına ehtiyac var. Çünki bu, məhkumun gələcəkdə azadlığa çıxdıqdan sonra yeni peşə qazanmasına və peşə vərdişlərini unutmamasına gətirib çıxarır. Həm də müəyyən qədər maddi imkanları olur. O, bu puldan ailəsinə də göndərə bilir. Azadlığa çıxdıqdan sonra da, əmək vərdişlərini unutmamış olurlar” - deyən hüquqşünas bildirir ki, cəzaçəkmə müəssisələrinin digər problemi isə məhkumların azadlığa hazırlanması prosesi ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkumların azadlığa çıxmasına 3 ay qalmış fərdi iş aparır, qeydiyyata alır. Və onlar azadlığa çıxan zaman işlə bağlı müraciət edə bilər. Azadlığa çıxan məhkumların reabilitasiyası ilə bağlı sistem tam qurulmayıb. Məhkumların azadlığa çıxdıqdan sonra yaşayış yeri ilə təmin edilməsi, təhsil alması, sağlamlıq və tibbi yardım alması və s. ilə bağlı məsələlər nəzərə alınmalıdır.

Məhkumların təhsillə bağlı problemləri də həll edilməlidir. Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi ilə yeni konsepsiyaya imza atmalıdır.

“Ərzaqla bağlı məsələlərdə xeyli irəliləyişlər var. Çörəyin və yeməyin keyfiyyəti ilə bağlı məsələlər yetərli qədər yüksəlmişdir” - deyə hüquqşünas bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »