Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralın 2-nə olan hava proqnozu
Fevralın 2-nə olan hava proqnozu

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətinidən verilən məlumata görə, havanın temperaturu gecə 0-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 2-7° isti olacaq.

Fevralın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› "Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »