ABŞ Konqresinin Senatı bu həftə Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar paketini razılaşdıra bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" sorğu keçirdikləri senatorlara istinadən məlumat yayıb.
Nəşr ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezdən mövqe öyrənib: "Ümid edirik ki, razılığa gəlməli olduğumuz bir neçə son məqamı müzakirə edəcəyik, bundan sonra irəliləyə bilərik". Demokrat senator Chris Murphy son təfərrüatların "yaxın günlərdə" razılaşdırıla biləcəyinə inanır. Öz növbəsində, senator Cim Riş bildirib ki, iki partiya arasında bu məsələ ilə bağlı müzakirələrdə "irəliləyiş barədə məlumat vermək" mümkündür.
Bloomberg-in məlumatına görə, ABŞ qanunvericiləri Rusiya Federasiyasına qarşı qabaqlayıcı tədbir kimi məhdudlaşdırıcı tədbirlərin tətbiq edilib-edilməməsi ilə bağlı hələlik konsensusa gəlməyiblər. Bundan əlavə, qanunvericilər Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ-ın “Şimal axını 2” qaz kəməri ilə bağlı hansı tədbirləri görülə biləcəyini də müzakirə edirlər.
Menendes daha əvvəl bildirib ki, Ukraynaya qarşı vəziyyətə görə ABŞ Senatında Rusiyaya qarşı müzakirə edilən sanksiyaların bir qismi Rusiyanın hazırladığı iddia edilən işğaldan əvvəl tətbiq oluna bilər. O, əvvəlcədən hansı sanksiyaların tətbiq oluna biləcəyini açıqlamayıb.
Bizimyol.info