Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sahibsiz Heyvanların Bəslənmə Köşkü” adlı pilot layihəyə start verilib
“Sahibsiz Heyvanların Bəslənmə Köşkü” adlı pilot layihəyə start verilib

Bakı şəhərində sahibsiz heyvanların qidalanmasına dəstək məqsədilə pilot layihə həyata keçirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, layihə çərçivəsində heyvanların qidalanmasına xidmət edən sahibsiz heyvanların bəslənmə köşkləri ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub.

A.Səmədova onu da bildirib ki, enerjiyə qənaət məqsədilə köşklər günəş enerjisi ilə təmin olunub. Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabdan istifadə mexanizmi əsasında işləyəcək və 40 qram yemin alınması mümkün olacaq.

“Sahibsiz Heyvanların Bəslənmə Köşkü” adlı pilot layihəyə start verilib

Xidmət rəsmisinin sözlərinə görə, köşkdə yığılan plastik qab tullantıları təkrar emal üçün “AzEkol” şirkəti tərəfindən toplanaraq təkrar emal ediləcək.

“Pilot layihənin həyata keçirilməsində məqsəd qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaq, eyni zamanda plastik tullantıların təkrar emalına dəstək göstərməkdir”.

Paylaş »
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› "Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »