Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstandakı dövlət universitetlərinin fəaliyyəti bərpa olunur
Əfqanıstandakı dövlət universitetlərinin fəaliyyəti bərpa olunur

Əfqanıstandakı dövlət universitetləri fevralın 2-dən etibarən fəaliyyətə başlayacaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə müvəqqəti "Taliban" hökumətinin ali təhsil nazirinin müavini Şeyx Əbdülbaki Həqqani bildirib.

Hakkani mətbuata verdiyi açıqlamada fevralın 2-dən etibarən isti bölgələrdəki bütün dövlət universitetlərinin təhsilə başlayacağını bildirib.

Ölkənin ən soyuq bölgələrindəki dövlət universitetlərinin də fevralın sonuna doğru açılacağını bildirən Hakkani, bütün dövlət universitetlərinin tezliklə təhsilə başlayacağını bildirib.

Hakkani qeyd edib ki, universitetlərdə təhsilin başlanmasından 3 həftə sonra imtahanlar keçiriləcək.

Ali Təhsil Nazirliyinin məlumatına görə, ölkə üzrə 40 dövlət və 150 ​​özəl universitet var. Özəl universitetlərdə təhsil davam edir.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında keçirilən mətbuat konfransında Hakkani, ortaq təhsil sisteminin İslam və milli dəyərlərə zidd olduğunu demişdi. Yeni dönəmdə məkan imkanları olan universitetlərdə qız və oğlan tələbələrin ayrı-ayrı binalarda təhsil alacağını bildirən Hakkani, bina obyekti olmayan universitetlərdə kişi və qız tələbələrin fərqli saatlarda məktəbə gəlib dərs alacağını bildirmişdi.

"Kovid-19" səbəbiylə "Taliban" ölkəni ələ keçirməzdən əvvəl Əfqanıstanda universitetlər təhsili dayandırmışdı. "Taliban" Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra - 2021-ci ilin sentyabrında özəl universitetlər fəaliyyətə başlayıb, dövlət universitetləri isə bağlı indiyə qədər fəaliyyət göstərmirdilər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »