Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkmə iclası keçirilib, o, özünü təqsirli bilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra 22 şahid epizodlar üzrə ifadə veriblər. Onlar məhkəmənin, prokurorun və müdafiəçinin suallarını cavablandırıblar.
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.(report)