Kandilli Rəsədxanasının verdiyi məlumata görə, Konyanın Meram mahalının Kızılören rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12.30-da qeydə alınıb.
İlk məlumata görə, zəlzələnin episentri yerin 5 kilometr dərinliyində olub.