Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda narkotik alverçiləri saxlanılıb - Video
Paytaxtda narkotik alverçiləri saxlanılıb - Video

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar həyata keçirilib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan Kənan Dadaşov və Həsən Həsənov saxlanılıblar. Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin aşkar olunub.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən də daxil olmuş əməliyyat məlumatları əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamil Nəzərov saxlanılıb. Onun üzərində baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.

Qeyd edək ki, adları sadalanan 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edərək satışını təşkil etməyə çalışıblar. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

Narkotik vasitələrin Nəsimi, Yasamal və Nizai rayonları ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »