Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın sanksiyaları Rusiyanın iş adamlarını da çətin vəziyyətə salacaq
Britaniyanın sanksiyaları Rusiyanın iş adamlarını da çətin vəziyyətə salacaq

Böyük Britaniya hökuməti bn gün Rusiya enerji şirkətlərinin aktivlərinə təsir edə biləcək yeni sanksiyalar paketini təqdim edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.

Onların sözlərinə görə, aktivlərin dondurulmasını və Böyük Britaniyaya girişin qadağan edilməsini nəzərdə tutan məhdudiyyətlər Rusiya hakimiyyəti üçün “strateji əhəmiyyət kəsb edən” fiziki və hüquqi şəxslərə şamil ediləcək.

Bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Truss "Sky News"a müsahibəsində deyib ki, ölkə hakimiyyəti sanksiyalar siyahısını genişləndirə bilmək üçün mövcud qanunvericiliyə düzəlişlər edəcək. "Hazırda biz yalnız Ukraynada sabitliyin pozulması ilə bağlı fəaliyyətdə bilavasitə iştirak edənlərə qarşı sanksiyalar tətbiq edə bilərik. Biz siyahını genişləndirmək niyyətindəyik ki, Kreml və Rusiya rejimi üçün maraq kəsb edən istənilən şirkət sanksiyalara məruz qala bilsin", - deyə o qeyd edib.

Eyni zamanda, Truss elan edilən məhdudiyyətlərin nə olacağı ilə bağlı hər hansı təfərrüatları açıqlamaqdan imtina edib. Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Londonda yaşayan iri rus iş adamlarının əmlakına qarşı mümkün tədbirlərlə bağlı sualı cavablandırarkən deyib: “Heç nə istisna edilmir”. Bundan əlavə, o, “Rusiyanın Ukraynaya müdaxiləsi” halında Almaniyanın “Şimal axını-2” qaz kəmərindən imtina etməyə hazır olduğunu vurğulayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »