Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 12 milyonu ötüb
Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 12 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimyol.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 044 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 169, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 192 təşkil edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »