Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada prezidentdən xahişi ediblər ki, 7 il daha vəzifəsində qalsın
İtaliyada prezidentdən xahişi ediblər ki, 7 il daha vəzifəsində qalsın

İtaliya parlamenti 80 yaşlı Sergio Mattarellanı bir neçə gün davam edən səsvermə nəticəsində varis çıxara bilmədikdən sonra yenidən vəzifəyə seçilib. Mattarella daha əvvəl növbəti seçkiyə qatılmaq istəmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat verib.

Bildirilir ki, veteran siyasətçi əvvəllər tutduğu vəzifədə qalmaq həvəsində olmadığını deməsinə baxmayaraq, İtaliya qanunvericilərinin əksəriyyəti prezident Sergio Mattarellanın daha yeddi il müddətinə işləməsinə səs verib. Şənbə günü keçirilən səsvermə İtaliya parlamentində günlərlə davam edən mübahisələrdən və Mattarellanın potensial varisləri ilə bağlı bir neçə uğursuz səsvermə keçirilib.

Qarşıdurmaya son qoymaq üçün Baş nazir Mario Draghi şənbə günü Mattarella ilə danışıb və ondan “ölkədə sabitliyi qorumaq naminə” vəzifəsində qalmasını xahiş edib.

Mattarellanın ofisi hələ prezidentin yeni təkliflə razılaşıb-razılaşmadığını açıqlamayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »