Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatarın altından sağ çıxan qadın 500 avro cərimələnib - Video
Qatarın altından sağ çıxan qadın 500 avro cərimələnib - Video

Slovakiyanın Trnava şəhərində 73 yaşlı qadın hərəkətdə olan qatara minmək istəyərkən müvazinətini itirərək stansiya ilə vaqon arasındakı boşluğa düşüb. Nəzarətlər zamanı sağ qalan qadının zərrə qədər xəsarət almadığı görülüb.

Bizimyol.info xəbər verir ki, hadisə ilə bağlı Slovakiya polisi məlumat verib.

Polis hadisənin görüntülərini yayıb. Görüntülərdə yola düşmək üzrə olan qatara yetişmək istəyən iki qadından birinin vaqona mindiyi, digər qadının isə yetişməsinə baxmayaraq müvazinətini itirərək boşluğa yıxıldığı görünür. Vağzaldakı insanlar çarəsiz halda hadisəni seyr edərkən, hadisə yerində olan hərəkat rəisinin xəbərdarlığı ilə dayanmış qatarın altından çıxarılan qadın hadisənin şokundan çıxmağa çalışıb. Hadisə yerinə gələn təcili yardım maşınında edilən ilk müayinədə qadının səhhətinin yaxşı olduğu müəyyən edilsə də, onun isə nəzarət üçün xəstəxanaya aparıldığı məlum olub.

Bundan başqa polis qadının 500 avro cərimə olunduğunu bildirib. Hadisədən sonra hərəkət edən qatarın qapısının niyə açıq olması müzakirələrə səbəb olub. Səlahiyyətlilər qatarın qapısının bağlı olduğunu və qatara yetişməyə çalışan ilk qadının düyməni basaraq qapını açdığını bildirib.

Hadisə ilə bağlı açıqlama verən Trnava polis şöbəsi görüntüləri araşdırdıqdan sonra hadisədə maşinistin günahının olmadığını və qatar hərəkətə keçəndən sonra qatara minməyin qadağan edildiyini bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »