Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sağlığında qocalar evinə atırlar, öləndə bahalı məzar daşı qoyurlar"
"Sağlığında qocalar evinə atırlar, öləndə bahalı məzar daşı qoyurlar"

Yəqin ki, hamınız məzarlıqdan keçəndə bir-birindən fərqlənəın, müxtəlif rəngli, ölçülü məzar daşları görmüsünüz. Bəzi məzar daşları var ki, sanki məzar daşlarından sənə canlı adam baxır. Bəzi məzar daşları isə, sadəcə ağ daşdan ibarətdir. Hətta məzarlara baxdığın zaman belə həyatda kimin varlı, kimin kasıb olduğunu müəyyən etmək olmur.

Kasıbın məzarı da kasıb olur. Çünki məzar daşları müxtəlif qiymətlərədir. Sadə məzar daşları 200-300 manata, bahalılar da 2000 manatdan başlayan qiymətlərlə satılır.

Qəbir daşları hazırlayan usta Cəmil Əhmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qəbir daşları mərmər, qranit, traverten daşlarından hazırlanır. Hazır qəbir daşları da var. İmkansız şəxslər daha çox hazır qəbir daşlarına üstünlük verirlər.

“Qranit bahalıdır. Orta güclü olan bu daşların üstün memarlıq görüntüsü olur. Mərmər isə, orta qiymətədir. Dabamlı olan bu daşlar yüksək keyyfiyyətli olur. Tarvertin isə nisbətən ucuz və davamlı olur Hazır qəbirlər çox ucuz olur, orta keyfiyyətlidir. Qranit baha və orta güclü olmasına baxmayaraq, imkanlılar, qranitə və mərmərə üstünlük verirlər. 5 min manata da sifariş edən olur, qəbir daşı üçün 50 min manat da xərcləyən var. Bu, insanların büdcəsi ilə bağlı məsələdir”.

Usta deyir ki, adətən qəbir daşları ölən şəxsin 40 mərasiminə qədər hazırlanıb qoyulmaldır. Bəzən isə, ölümündən bir il keçəndən sonra qoyulur.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına müsahibəsində deyir ki, bahalı qəbir daşlarını çox imkanlı şəxslər və valideynlərinə sağlığında dəyər verməyən şəxslər qoydurur: “Ölüm elə bir prosesdir ki, insanın içində, ürəyində elə bil ki, nəsə bir tel qırılır. Sağlığında valideynlərini qocalar evinə atan insanlar, öldükdən sonra onun üçün bahalı məzar daşı qoyurlar. Hansı ki, sağlığında həmin valideynlərinə bir qab yemək belə vermirlər. Bu, vicdanı rahatlatmaq üçün atılan bir addımdır”.

Psixoloq bildirir ki, çox zaman varlı insanlar kasıblardan fərqlənmək üçün bahalı başdaşı sifariş etdirirlər. Yəni onlar məzarlarına kimsə baxarsa “rəhmətlik varlı olub” düşüncəsi yaratmaq istəyirlər. Bəzən də ölən şəxslər, məşhur olduğu üçün onlara bahalı başdaşı qoyulur.

“Ancaq bir reallıq var ki, insan yaşadıqca, var olduqca onun üçün edilənləri hiss edir, görə bilir. Öldükdən, torpağa qarışdıqdan sonra heç bir şeyi nə hiss edirsən, nə görürüsn. Məhz elə buna görə deyiblər ki,  sağlığında dəyər verin, insanlara”. Və yaxud da belə bir məsəl var:

"Sağlığında kor fatma, öldükdəın sonra badamgözlü"...

Ümumiyyətlə, insan öldükdən sonra onun üçün pul xərcləməyin heç bir mənası yoxdur”,- deyə psixoloq bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »