Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Böyük Dayaq": Azərbaycan kinosunun əfsanəsi - Video
"Böyük Dayaq": Azərbaycan kinosunun əfsanəsi - Video

Bütün hadisələr kolxoz Rüstəm kişinin ailəsində baş verir. Oğlu Qaraş Bakı təhsil aldığı zaman evlənir və rayona qayıtdığı zaman gəlini də özü ilə gətirir. Rüstəm kişi, oğlunun belə evləınməsini qəbul edə bilmir.

“Belə də evlənmək olar? Salam məleyk, əleyk salam, düş qabağıma gedək”....

Səkinə Ana isə övladının xoşbəxtliyi üçün Rüstəm kişini sakitləşdirməyə çalışır. Mayanın valideynləri 1941-1945 müharibəsində həlak olduğu üçün tək qalıb. Bunu öyrənən Rüstəm sakitləşib razılaşır və oğlu Qaraşa toy edir. Filmdə Azərbaycan ailə dəyərlərinin yüksəkliyi yer alıb. Hansı ki, bu gün o dəyərlər artıq itmək üzrədir.

Toy günü Qaraş Mayaya nə baş verirsə, versin ondan ayrılmayacağına söz verir: "Ürək candan mümkündürmü ayrılsın? Ayrılmarıq, aləm dağılsa..."

Və ilk narazılıq... Rüstəm kişi, Mil-Muğan haqqında yazılanların hansı kitabda yazıldığını soruşur. Maya, süfrə arxasında yemək yeyən Qaraşdan həmin kitabı gətirməsini xahiş edir. Bu, Rüstəm kişinin xoşuna gəlmir: “Görməmişdik ki, gəlin qaynata qarşısında ərinə iş buyursun”....

Kolxozda baş verən qarışıqlıqlar, Rüstəm kişinin ətrafında olan ikiüzlü insanlar...

Salman min yola əl ataraq Rüstəm kişinin müavini ola bilir. Bundan sonra onun məqsədi, Qaraşın həyat yoldaşını əlindən almaqdır. Ona təriflər yağdırır, onun üçün hər şey etməyə hazır olduğunu dilə gətirir. Bacısı Naznaz isə, Qaraşın düşüncələri ilə oynaya bilir. Qaraş, əbədi sevgisinə and içdiyi Mayaya Naznazla xəyanət edir. Bir tərəfdən qaynata ilə sözlərinin uyğun olmaması və üst-üstə düşməməsi digər tərəfdən Qaraşın xəyanəti, Mayanı sevgidən soyudur. Naznaz isə, bu prosesdə böyük rol oynayır.

Filmdə qadına qarşı zorakılıq, qadına xəyanət və qadının aşağılanması əks olunub.

Şəhərdən gələn Maya kənddə aşağılanır, əzilir, xəyanətə uğrayır və ona böhtan atılır. Nəticədə... yığışıb gedir. Zaman keçir, Qaraş da peşman olur. Rüstəm kişi də yaşananların fonunda başa düşür ki, Maya çox bacarıqlı və ağıllı qadındır. Qaraşı Mayanın arxasınca göndərir. Qaraş, Mayanın yanına gəlir və üzr istəyir. Maya isə, onun deyil, özünün günahkar olduğunu deyir. Və əlavə edir:

“Məhəbbət pul deyil, sən də dilənçi”...

Maya ilə Qaraş gec-tez barışır. Ancaq arada olan xəyanət, xəyanət ediyi qadını alçaltmaq hələ də o dövrlərdə də Azərbaycan kişisinə xas olan bir addım olub. Bu filmdə də göstərilib. Həyat yoldaşına Naznazla xəyanət edən Qaraş, sonradan ona “sən, həyat yoldaşımın atılan dırnağı da ola bilməzsən” deyir...

Bu zaman belə bir sual ortaya çıxır: “Bəs niyə xəyanət edirdin?”...

Qısacası, ssenari müəllifi Mirzə İbrahimov və quruluşçu rejissoru Həbib İsmayılov olan, 1962-ci ildə çəkilmiş “Böyük Dayaq” filmində də cəmiyyətə Azərbaycan kişisinin “nə istədiyini bilməyən” biri olduğu və Azərbaycan qadınının kim olursa, olsun, əzilən və aşağılanan obrazda olması nəzərə çarpır. Əvvəlcə Mayanı aşağılayıb ona Naznazla xəyanət edən Qaraş, sonradan Naznazı aşağılayır...

Qadına qarşı zorakılıq bütün dövrlərdə Azərbaycan cəmiyyətində olub və belə görünür ki, davam edəcək. Avropaya inteqrasiya, Qərb mədəniyyətinin mənimsənilməsi və s. mənasızdır. Bizi "özümüzdən" heç nə döndərə bilməz. Biz beləyik...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »