Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda xına görmək necə yozulur...
Yuxuda xına görmək necə yozulur...

Gördüyü yuxularla həyatını planlaşdıran insanların olduğunu bilirdinizmi? Yuxuda nə görsə, duran kimi onun yozumu axtaranlar insanlar... Pis yuxu gördüyü gün evdən çıxmayan insanlar. Amma yuxular ancaq yozulduğu zaman real olur. Görülən yuxuya önəm verilmirsə, yozulmursa, keçib gedir.

Qadınlar bəzən fərqli, rəngli yuxular görə bilirlər. Məsələn bir səhər yuxuda əllərini xınada görürsən, bəzən saçlarını xına ilə boyayırsan. Mənasını anlamaq məqsədiylə, yuxudan oyanan kimi yuxunu yozmağa çalışırsan.

  • Yuxuda xına görmək bəzək əşyasına yozulur. Qadınlar üçün sevinc, rahatlıq və gözəl paltara, işarədir.
  • Qadının əlinə xına yaxması ərindən görəcəği yaxşılığa, xınanın tutmadığını görməsi ərinin sevgisini gizlətməsinə, ələ yaxdığı xınanın naxışlarının korlanaraq qarışdığını görmək uşaqlara görə problemə düşməyə işarə edir.
  • Yuxuda kişinin əlinin üzərinə naxışlı xına yaxması, iş və sənətinda şöhrət tapmağa yaxud çətinə düşməyə işarədir.
  • Saçları ağaran kimsənin başına xına yaxması gücünün artmasından, dərəcəsinin yüksəlməsindən xəbər verir.
  • Saçları xınalamaq qadın üçün sevinc və xoşbəxtliyə, kişi üçün vəzifə və maddi imkana işarədir.
  • Yuxuda xına satmaq xoş xəbər, mehribanlıq və mərhəmət görmək deməkdir.
  • Yuxuda xına görmək, iş yaşamında yaxşı işlərə girişəcəğinizə işarət edər.
  • Yuxusunda xına yaxan şəxs, gözəl xəbərlər alacaq.
  • Yuxuda xına görmək, bəyənilmək və qismətdir.
  • Yuxuda başqa birisinin əlinə xına yaxdığını görmək mərhəmət, mehribanlıq və müjdəli xəbər deməkdir.
  • Yuxuda əllərini vəya ayaqlarını xına ilə boyadığını görən, ailəsini zəngin edər.
  • Saqqalı xına ilə boyamaq ibadətə riayət etmək, yoxsulluğunu camaatdan gizlətmək, uzun və firavan ömür sürmək, Allah rizası üçün çalışmaq kimi yozulur.
  • Yuxuda əl və ayaqlarına xına qoyduğunu görən, qadın isə hiyləgər olur.
  • Yuxuda xınanın tutmasını görmək, ayıblarının gizli qalacağına ifadə edər.
  • Yuxuda bədənin boyanması uyğun olmayan yerlərini boyamaq xeyirli deyil.
  • Yuxuda xına görmək hörmət, sevilmək deməkdir. Bu həm də yuxunu görən şəxsin ruhi olaraq sakitləşməsinə, huzura işarə edir.
  • Yuxuda xına almaq böyük xoşbəxtlik yaşayacağınızın xəbərçisidir. Ailə və iş həyatında çox xeyirli hadisələr yaşayacaqsınız.
  • Yuxuda xına aldığını görən şəxs maddi baxımdan böyük qaynaqlara sahib olacaq.
  • Xına almaq, bəzən xəstəliyə yoluxacağınızdan da xəbər verir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »