Qazaxıstan prezidenti Kasım-Comart Tokayev bildirib ki, o, iki müddətdən artıq olmayan dövlət başçısı olmağı planlaşdırır, konstitusiya dəyişdirilməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "Xəbər-24" respublika telekanalına müsahibəsində bildirib.
"Mən nə qədər Qazaxıstan prezidenti olacağamı bilmirəm, amma tam olaraq bilirəm ki, konstitusiyaya əsasən, bu, iki müddətdən artıq olmayacaq. Qanunlara və konstitusiyaya heç bir dəyişiklik edilməyəcək", - deyə o bildirib.
Respublikanın əsas qanununa görə, Qazaxıstanda prezident beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.
2019-cu ilin aprelində hakim Nur Otan (Vətən İşığı) Partiyasının növbədənkənar 19-cu qurultayında respublikanın ilk prezidenti Nursultan Nazarbayev parlamentin Senatının (yuxarı palata) spikeri Qasım-Comart Tokayevin prezident seçkiləri üçün namizədliyini irəli sürməyi təklif edib. Təklifi 623 nümayəndə yekdilliklə dəstəkləyib. Həmin ilin iyununda Tokayev 70,96% səs toplayaraq respublikanın rəhbəri seçilib.
Bizimyol.info