Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyadan bu dəfə qeyri-adi telefon qadağası
Şimali Koreyadan bu dəfə qeyri-adi telefon qadağası

Dövlət Təhlükəsizlik Nazirliyi Yanqqan əyalətində Çin istehsalı olan mobil telefonlardan istifadə edən şəxslərin cəzalandırılmasını tələb edən əmr verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Daily NK"yə danışan mənbə bildirib.

“Səlahiyyətlilər bir daha Çin istehsalı olan cib telefonlarının ölkəyə gətirilməsini və qeyri-qanuni sərhəd keçidləri də daxil olmaqla sosializmə zərər verən davranışları dayandırmaq üçün ciddi nəzarətə başlayacaqlarını bildirdirər”, - deyə mənbə qeyd edib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Nazirliyinin Yanqqan əyaləti şöbəsi bölmə rəisi və yüksək vəzifəli şəxslərin iştirakı ilə fövqəladə toplantı keçirib. İclasda son bir neçə ildə hakimiyyətin sərhəd əməliyyatından yayınmağı bacaran Çin istehsalı olan mobil telefon istifadəçilərinin hər birinin tutulması və cəzalandırılması müzakirə edilib.

Yığıncaq səlahiyyətliləri Cənubi Koreyada insanlarla, hər hansı səbəbdən, danışarkən tutulan hər kəsi cinayət ortaqları ilə birlikdə məcburi əmək düşərgələrinə göndərməyə qərar verib.

Şimali Koreya 2015-ci ildə əcnəbilərlə telefonla danışanlara qarşı “beynəlxalq rabitə cinayətini” ifşa edən qanun qəbul edib (maddə 222). Qanun xüsusi olaraq digər ölkələrlə əlaqə saxlamağa cəhd edənlər üçün tətbiq edilir və əmək düşərgəsində beş il müddətinə cəza verilməsini nəzərdə tutur.

Mənbələr xarici cib telefonlarından istifadəni heç vaxt bağışlamayacaqlarını və bu telefona sahib olan insanların “açıq-aşkar yanlış yolda olduqlarını” bildirərək təhdidlərini artırdıqlarını bildirirlər.

Həddindən artıq həbslərə görə, yerli əhalinin də Çin istehsalı olan mobil telefonlardan istifadə etmədiyi bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »