Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: İtkin düşmüş həbçimizin axtarışı davam etdirilir
MN: İtkin düşmüş həbçimizin axtarışı davam etdirilir

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.

Bizimyol.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Anar Eyvazovun verdiyi məlumata görə, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib:

"Baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb", - A.Eyvazov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »