Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Putinlə Zelenskinin Pekində görüşmək etimalına aydınlıq gətirib
Peskov Putinlə Zelenskinin Pekində görüşmək etimalına aydınlıq gətirib

"Rusiya prezidenti Vladimir Putin digər liderlərlə - fevralın 4-də Pekində Olimpiya Oyunlarının açılışının qonaqları ilə ayrıca ikitərəfli görüşlər planlaşdırmır".

Bizimyol.info xəbər verir ki, bu barədə "TASS"a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov mərasim çərçivəsində liderlərin fərdi söhbətləri ilə bağlı Kremlin digər dövlətlərdən sorğu alıb-almaması ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz dəfələrlə qeyd etmişik ki, mərasimin təşkilatçıları həm idmançılar, həm də qonaqlar, o cümlədən rəsmi şəxslər üçün bir sıra sərt məhdudiyyətlər tətbiq etməyə məcburdurlar. Məlum səbəblərə görə, Rusiya prezidentinin Pekində planlaşdırdığı qrafikdə heç bir ikitərəfli görüş nəzərdə tutulmayıb", - Peskov xatırladıb.

Putinin Oyunların açılış mərasiminə də qatılacağı gözlənilən Ukrayna prezidenti Vladimir Zelenski ilə təmasda olma ehtimalının müzakirə edilib-edilməməsi ilə bağlı aydınlaşdırıcı suala cavab verən Peskov: “Hazırda belə bir görüş üçün heç bir plan yoxdur. Baxmayaraq ki, biz bunu tamamilə istisna da edə bilmərik”, - deyə o əlavə edib.

“Amma bir daha deyirəm, prezident Putinin qrafiki ilə bağlı Çin sədri Si Tsinpinlə tammiqyaslı danışıqlardan başqa heç bir ikitərəfli görüş yoxdur”, - o vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »