Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunlarının bir hissəsini daimi dislokasiya yerlərinə qaytarıb
Rusiya qoşunlarının bir hissəsini daimi dislokasiya yerlərinə qaytarıb

Rusiyanın Qərb Hərbi Dairəsinin qoşunları və aviasiyası döyüş hazırlığının planlı yoxlanışını başa çatdırıb və öz bazalarına qayıdırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks”ı hərbi dairənin mətbuat xidmətinə istinadən məlumat verib.

Eyni zamanda, poliqonlarda döyüş hazırlığı tədbirləri davam etdirilir.

“Qarşıda bir sıra tədbirlər, o cümlədən aviasiya və hava hücumundan müdafiə sistemlərinin cəlb olunduğu ikitərəfli taktiki təlimlər var", - deyə Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlev bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »