Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
70 yaşlı din xadimi uşaqlara təcavüzdə günahlandırılır
70 yaşlı din xadimi uşaqlara təcavüzdə günahlandırılır

Almaniyanın Köln şəhərində uşaqlara 33 dəfə cinsi təcavüz etdiyi iddia edilən 70 yaşlı katolik keşiş Hans U həbs edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberglobal" məlumat verib.

Köln Rayon Məhkəməsində davam edən cinayət işində katolik keşiş 1993-1999-cu illər arasında 7-13 yaş arası üç qardaşı qızına və 2011-ci ildə başqa bir azyaşlı qıza qarşı zorakılıq etməkdə ittiham olunur.

Məhkəmədə katolik keşiş ittihamları rədd etsə də, hadisənin qurbanları cinayət əməllərinin təfərrüatlarını açıqlayıblar.

Baş hakim Kristof Kaufmann, ümumilikdə 33 dəfə uşaqlara cinsi zorakılıq etdiyi iddia edilən 70 yaşlı Hans U-nun eyni cinayəti təkrar etmə ehtimalına görə mühakimə olunmasına qərar verib.

Məhkəmə Hans U-nun həbsxanaya köçürülməsinə qərar verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »