Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

Britaniya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "TASS" Britaniya hökumət dairələrindəki mənbəyə istinadən məlumat verib.

"Xarici İşlər Nazirliyinin bazar ertəsi parlamentdə Böyük Britaniyanın Rusiyanın strateji və maliyyə maraqlarını hədəfə alması üçün sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcəyi gözlənilir", - deyə mənbə bildirib. Söhbət yeni sanksiyaların tətbiqindən, yoxsa yalnız Ukrayna ərazisinə hipotetik müdaxilə halında tətbiq oluna biləcək sanksiyalar paketinin qəbulundan getdiyi barədə dəqiq məlumat verilməyib.

"Baş nazir Boris Johnson vəziyyət və hökumətin növbəti addımları barədə kabinetə məlumat verməzdən əvvəl Xarici işlər naziri Lise Truss ilə diplomatik taktika, həmçinin sanksiyalar variantlarını müzakirə edib", - deyə mənbə bildirib. O, həmçinin bildirib ki, Böyük Britaniya Rusiyaya daha çox təzyiq göstərmək məqsədilə bazar ertəsi Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirələrinə qoşulacaq.

Yanvarın 26-da xarici işlər naziri Liz Truss bəyan edib ki, Böyük Britaniya hökuməti yaxın günlərdə anti-Rusiya sanksiyalarını sərtləşdirmək üçün yeni qanun layihəsi təqdim etməyə hazırlaşır. Nazir Böyük Britaniyada həmfikirlərlə birgə məhdudiyyətlərin tətbiqinin vacibliyini qeyd edərək, onların ayrı-ayrı şəxslərə, maliyyə qurumlarına qarşı yönəldiləcəyini, Avropa, ABŞ və digər ölkələrdəki müttəfiqlərlə razılaşdırılmalı olduğunu qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »