Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask Co Baydenə "insan formasında kukla" deyib
Elon Mask Co Baydenə "insan formasında kukla" deyib

Teslanın baş direktoru İlon Mask ABŞ prezidenti Co Baydenin elektriklə işləyən avtomobillər haqqında Tesla deyil, General Motors və Ford şirkətlərini tərifləməsinə kəskin reaksiya verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "reuters" məlumat verib.

Bildirilir ki, çərşənbə günü ABŞ prezidenti Co Bayden rəsmi "Twitter" hesabında yayımlanan videoda "GM"un elektrik avtomobil istehsalına sərmayə qoymasını iqlim dəyişikliyinə töhfə kimi qiymətləndirib.

Bayden: "Gələcəyin məhz burada Amerikada qurulacağını deyəndə ciddi idim. "GM" və Ford kimi şirkətlər ABŞ-da hər zamankından daha çox elektrik avtomobilləri istehsal edirlər", - deyib.

Mesaja cavab verən Tesla-nın baş direktoru Elon Mask, ABŞ-da elektrikli avtomobil istehsalının onun sahibi olduğu şirkət tərəfindən edildiyini söyləyib: "Bayden insan şəklində elektirikli kukladır", - deyib.

Mövzuya münasibət bildirən bir şəxsə cavab verən Mask, deyib:

"O, ABŞ-da elektrikli avtomobil istehsalının "T ilə başlayıb / A ilə bitdiyini / ESL ortada" olduğunu bilmir, öyrənməyə də cəhd etmir", - deyən Mask şirkətinin bu baxımdan rəqibsiz olduğunu vurğuladı.

"Bayden Amerika xalqını axmaq hesab edir", - deyə o qeyd edib.

Bayden və ya Ağ Ev Maskın sərt şərhlərinə cavab verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »