Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadakı mühacirlər getməyə tələsmirlər
Ukraynadakı mühacirlər getməyə tələsmirlər

Birləşmiş Ştatlar və digər Qərb ölkələri Rusiyanın gözlənilən təcavüzü səbəbindən diplomatik işçilərini Ukraynadan çıxarar.

Bizimyol.info xəbər verir ki, Ukraynanın paytaxtında işləyən əcnəbilər "DW"yə deyiblər ki, hələlik həyat çox normal davam edir, onlar hələ ki, ölkədən getməyi düşünmürlər.

Jens Daessler tələsmir: "Mənim telefonum mesajlarla dolub, əksəriyyəti dostların və qohumların Kiyevdəki evimi nə vaxt tərk edəcəyimi soruşurlar. Bu, Ukraynanın paytaxtında yaşayan və işləyən bir çox əcnəbi üçün tanış hekayədir", - deyə alman biznes təlimçisi yorğun təbəssümlə qeyd edib.

Rusiya və Ukrayna arasında gərginlik yeni bir şey olmasa da, ABŞ və digər Qərb ölkələrinin səfirlik işçilərini geri çağırmaq qərarı həqiqətən beynəlxalq səviyyədə problemin dərinləşməsindən xəbər verir və bu, müharibənin çox real bir ehtimal olduğunu göstərir.

İki il əvvəl Sidneydən Ukraynaya köçən Ken Herbert deyir: "Adətən ya da 1-2 dəfə valideynlərimlə danışardım, hazırda onlarla iki gündən bir danışıram. Onlar mənin təhlükəsizliyin üçün narahat olurlar".

Lakin "DW"nin danışdığı əksər insanlar kimi, Herbert hələ Ukraynanı tərk etməyi düşünmədiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »