Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Ukraynadakı gərginliklə bağlı Zelenski və Putinlə telefonla danışıb
Makron Ukraynadakı gərginliklə bağlı Zelenski və Putinlə telefonla danışıb

"Gərgin beynəlxalq danışıqlar Kiyev və Rusiya arasında münaqişənin “eskalasiya ehtimalını” azaldır".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra deyib.

"Şərtlər əlverişli olduğu müddətcə görüşmək və danışmaq lazımdır", - deyən Zelenski, fransalı həmkarı ilə diplomatik danışıqları davam etdirmək barədə razılığa gəldiklərini bildirib.

Zelenski Makronla görüşündə deeskalasiya işini davam etdirməyə və Minsk razılaşmasının həyata keçirilməsi üçün Normandiya formatında işləməyə razılaşıb.

Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Fransanın Ukrayna ilə tam həmrəy olduğunu təsdiqləyib.

Makron həmçinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmini bir daha bəyan edib.

Dünən Makron və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İki lider Rusiya və Ukrayna arasında "eskalasiya" ilə bağlı razılığa gəliblər. Fransa Rusiyadan “dövlətlərin suverenliyinə hörmətlə yanaşmasını gözlədiyini” desə də, Rusiya onun narahatlığının ABŞ və NATO tərəfindən nəzərə alınmadığını bildirib. Yelisey Sarayı bəyan edib ki, görüş zamanı Putin münaqişəyə can atmadığını açıq şəkildə bəyan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »