Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb

Daşkənd zooparkında ana üç yaşlı uşağını qonur ayının qəfəsinə atıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Daşkənd zooparkının rəsmi "Telegram" kanalı məlumat yayıb.

“Yanvarın 28-də saat 12:00 radələrində hələlik məlum olmayan səbəbdən gənc qadın ictimaiyyətin gözü qarşısında balaca qızı zooparkdakı ayı qəfəsinə atıb”, – nəşr yazır.

“Qafqaz qonur ayısı "Zuzu" öz qəfəsinə uzanaraq qızı metal hasardan atan qadının hərəkətini izləyib. Ziyarətçilərin və zoopark işçilərinin cəhdlərinə baxmayaraq, qadını dayandırmaq mümkün olmayıb, o, uşağı yırtıcının oluğu qəfəsə ata bilib”, - deyə zooparkdan bildirilib.

Azyaşlının bəxti gətirib. Ayı uşağa yaxınlaşaraq onu iyləyib və uzaqlaşaraq əvvəlki yerinə geri dönüb.

Zooloji park işçiləri qəddarlıqla yırtıcının qəfəsinə atılmış qızcığazı oradan çıxararaq müəssisənin tibb şöbəsinə təhvil veriblər.

Körpənin sağlamlığında ciddi problem yaranmayıb, o, yalnız beş metr hündürlükdən düşdüyü üçün bərk qorxub və bədəninin bəzi hissələrində qançırların olduğu aşkarlanıb.

Zooloji parkın rəhbərliyi qızın müalicəsi üçün bütün xərcləri öz üzərinə götürür.

Baş Prokurorluq adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb - ananı 15 ildən 25 ilə qədər həbs gözləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »