Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 17 "İnstagram" fenomeni həbs olunub
İranda 17 "İnstagram" fenomeni həbs olunub

Tehran Polis İdarəsi sosial şəbəkələrdə gizli kameralarla zarafat və qorxu yaradan videoları çəkib paylaşan 17 "İnstagram" fenomeninin həbs edildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuta nazirliyin mətbuat xidməti məlumat verib.

Açıqlamada gizli kameralarla şəkil çəkdirən sosial şəbəkə istifadəçilərinin zarafatları ilə camaatı narahat etdiyi və kənardan şəkil çəkdirmək üçün səlahiyyətli qurumlardan icazə almadıqları bildirilib. Həbs edilən istifadəçilərin çəkdiyi videolarda təsadüfi şəkildə yoldan keçənlərin üzünə tort atmaq, qorxuducu zarafatlar etmək və onları hədələmək yer alır.

Tehran administrasiyası internetdən istifadəni milliləşdirmək məqsədi ilə sosial medianın tənzimlənməsinə hazırlaşır. Sosial media və internetdən istifadəni tənzimləyən layihədə milli internet şəbəkəsinin yaradılması, xarici internet şəbəkələrindən istifadə edilməməsi nəzərdə tutulur.

Sosial media fenomenləri Simge Baranoğlu və Yeşim Aydın da daxil olmaqla 16 nəfər dələduzluq ittihamı ilə həbs edilib.

Qanun layihəsinə əsasən, İran parlamentinin İranda yerli nümayəndəsi olmayan xarici texnologiya şirkətlərinin idarə etdiyi internet saytları və platformalarını bloklamaqla bağlı qanuni səlahiyyəti gücləndiriləcək. "Twitter", "Facebook" və "YouTube" kimi bir çox sosial media platformasının qadağan edildiyi İranda insanların əksəriyyəti "İnstagram"dan istifadə edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »