Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Tezliklə ABŞ qoşunları Şərqi Avropa və NATO ölkələrinə yerləşdiriləcək
Bayden: Tezliklə ABŞ qoşunları Şərqi Avropa və NATO ölkələrinə yerləşdiriləcək

ABŞ hakimiyyəti yaxın vaxtlarda Şərqi Avropaya ABŞ hərbçilərinin kiçik bir əlavə kontingentini göndərməyə başlamaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Co Bayden bildirib.

"Mən yaxın gələcəkdə ABŞ qoşunlarını Şərqi Avropaya, NATO ölkələrinə köçürəcəyəm. Bu o qədər də çox olmayacaq", - ölkə başçısı bildirib. Ukraynadakı vəziyyətlə bağlı hər hansı yeni məlumatın olub-olmadığını sualına Bayden belə cavab verib: “Xeyr, son bir neçə saat ərzində yenilik yox”.

Bazar ertəsi Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın Avropaya 8500 əsgər göndərməyə hazır olduğunu, lakin bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »