Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanvar ayı üzrə bütün müavinət, təqaüd və yardımlar ödənilib
Yanvar ayı üzrə bütün müavinət, təqaüd və yardımlar ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən Bizimyol.info-ya verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »