Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb

Günlərdir Rusiyanın Ukraynaya hücum planı müzakirə olunur. Qərb mətbuatını oxuyanda Kremlin mütləq həmlə edəcəyi təəssüratı yaranır. Rusiya mediasında isə ABŞ-ın Moskvanı müharibəyə sürüklədiyi iddia olunur. Müşahidələr Kremlin daha ehtiyatlı taktikaya üstünlük verdiyini göstərir. Rublun nisbətən özünə gəlməsi də hələ savaşın başlama gününün yetişməməsindən xəbər verir.

Bizimyol.info xəbər verir ki, bolqar jurnalist Stoyan Qoqov Rusiyanın müharibə ideyasını təxirə saldığını yazıb. O, Kremlin Çinə görə belə qərar verdiyinə inanır. Çünki Pekin Qış Olimpiya Oyunlarını qəbul etməyə hazırlaşır. Rusiya bir növ Çinin bayramını korlamaq istəmir.

Müharibə ideyasının təxirə düşməsi hələ savaşın olmayacağı anlamına gəlmir. Yaxın tarix göstərir ki, bölgədə böyük döyüşlər məhz olimpiadalardan sonra ola bilər. Məsələn, Rusiya Soçi Yay Olimpiya Oyunlarını keçirəndən sonra Krımı Ukraynadan almışdı. Sonra isə Donetsk və Luqanskın müstəqilliyi elan olunmuşdu.

2000-ci ilin sentyabrın 15-də İsraildə fələstinlilərlə yəhudilər arasında ən böyük savaşlardan biri başlamışdı. Döyüşlər kiçik fasilələrlə 4.5 il davam etmişdi. Onda 2 min yəhudi, 6 mindən çox fələstinli həyatını itirmişdi. İş orasındadır ki, tərəflər savaşın başlaması üçün məhz Sidney Yay Olimpiya Oyunlarının bitməsini gözləmişi.

İndi də oxşar durum yaranıb. Rusiya NATO-nun şərqə doğru genişlənmək planının qarşısını hər vəchlə almağa çalışır. Bunun üçün Ukraynaya növbəti hücum da qəbulolunan sayılır. Amma ortada Çinlə tərəfdaşlıq var. Pekin olimpiya günlərində böyük savaş başlamasını istəməzdi. Stoyan Qoqov hesab edir ki, Kreml bu amili mütləq nəzərə alacaq.

Maraqlıdır, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bənzər açıqlama verib. O, müharibə olmayacağını deyib. Lavrov savaş istəmədiklərini, amma maraqlarından imtina etməyi düşünmədiklərini də dilə gətirib. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Kreml tələblərinin həyata keçməsi üçün hədə-qorxu gəlir. Amma istənilən halda olimpiadadan sonra müharibə başlasa, buna təəccüblənməyə dəyməz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »