Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülh hələ çox kövrəkdir, sərhəddə problemlər yaşana bilər"
"Sülh hələ çox kövrəkdir, sərhəddə problemlər yaşana bilər"

“Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, sonradan demarkasiyasına dair ikitərəfli komissiya yaratmağı nəzərdə tutan Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2021-ci ilin 26 noyabr tarixində Soçi şəhərində qəbul etdikləri bəyanatı yerinə yetirmək üçün tərəfdaşları ilə çalışmağa davam edir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.

Politoloq İlyas Hüseynov Bizimyol.info saytına müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesinin başlanılması ilə bağlı müxtəlif tərəflərin təşəbbüsləri var: “Belə ki, bu təşəbbüslər həm Rusiya tərəfindən eləcə də, Avropa ittifaqı tərəfindən iləri sürülür. Sonuncu Rusyanın xarici işlər nazirliyinin sözcüsü Aleksey Zaytsev həftəlik brifinqdə bildirdiyi fikirlər əsasən, 2021-ci ilin 26 noyabr tarixində Soçidə imzalanmış üçtərəfli bəyanatı ehtiva edir.

Gələcəkdə sərhədlərin delimitsiyası sonradan isə demarkasiyaısına dair iki tərəfli komisiya yaradılması bu gün mühim aktuallıq kəsb edir. 26 noyabr tarixində Soçi şəhərində imzalanmış bəyanatda bununla bağlı artıq niyyət ifadə olunmuşdu”.

İlyas Hüseynov İlyas Hüseynov

Politoloq qeyd edib ki, komissiyanın yaradılması bir sıra problemləri aradan qaldıracaq. Sərhəddəki eskolasiyanı aşağı salacaq, mənfi halların yaradılmasını sıfıra endirəcək. Eyni zamanda həm də Ermənistanın Azərbaycanın Beynalxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasına gətirib çxara bilər. Beləliklə bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunması təmin etmiş olar: “Digər tərəfdən sərhədlərin delimitasiyası ilə bağlı proseslər Avropa İttifaqı tərəfindən dəstəklənir. Digər önəmli xüsus da bundan ibarətdir ki, sərhədlərin delimitasiyası ilə bağlı bu gün siyasi gündəlikdə məsələlərin müzakirə olunması 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlardır. Çünki ATƏT-in Minsk qrupu çərçivəsində keçirilmiş danışıqlarda əvvəlcə 5 rayonun işğaldan azad olunması nəzərdə tutulurdu. Laçın və Kəlbəcərin isə, gələcək dövrdə Azərbaycan tərəfinə qaytarılması danışıqların predmeti idi. Lakin müharibədə qazanılan qələbə həm də yeni geosiyasi reallıqları Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan kontekstində həyata keçirdi. Bu gün isə, bu ərazilər üzrə sərhədlərin müəyyənləşməsi ilə bağlı proseslər həyata keçirilir. Bu, çox önəmli bir hadisədir. Burada artıq görünür ki, tərəflər öz iradəsini nümayiş etdirməli və digər tərəflərin məsləhətçi statusunda dəstəyini qazanmalıdılar. Maraqlıdır ki, Avropa İttifaqı, da Rusya da bu məsələdə konsultativ yardım göstərməyə razıdırlar. Bu, önəmli bir məsələdir. Eyni zamanda qeyd etməliyik ki, Rusyanın Xarici işlər nazirinin Sergey Lavrov bildirmişdi ki, sərhədlərin delimitasiyası ilə bağlı problematika Qarabağ problematikasından uzaqdır və bu tamamilə başqa bir tematikadır”.

İ.Hüseynov bildirib ki, buna görə də Rusiyanın da siyasi baxışları bundan ibarətdir ki, delimitasiya prosesi şərtsiz icra olunmalıdır. Ekspertin fikrincə, bu addım, Azərbaycan üçün də önəmlidir. İstənilən formada gərginlik aradan qaldırılsın: “Ötən ilin noyabrın 16-da biz gördük ki, sülh hələ çox kövrəkdir. Məhz sərhəddə problemlər yaşana bilər. Ermənistan bundan manipulasiya üçün istifadə edir, sərhədimizə KTMT qüvvələrini cəlb etməyə çalışır, suverenliyinin təhdid altında olduğunu bildirir. Lakin bunlar da heç bir nəticəsi olmayan boş iddialardır. Bunun da qarşısı uğurla Azərbaycan tərəfindən alınır. Eyni zamanda bütün tərəflərin təkidli çıxışları bundan ibarətdir ki, delimitasiya ilə bağlı komissiya formalaşdırılmalıdır və bu, təcili bir zamanda icra edilməlidir”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »