Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər bürcün öz saç rəngi: Sizin üçün hansı rəng daha uğurludur
Hər bürcün öz saç rəngi: Sizin üçün hansı rəng daha uğurludur

Saç rəngini dəyişmək qərarı olduqca çətin bir qərardır. Əgər siz də bu qərarsızlığı yaşayırsınızsa, bürclərə görə, saç rənglərinizi müəyyən edə bilərsiniz.

Qoç - Ehtiraslı və həyat dolu Qoç bürcünün ən sevimli və düşərli rəngi qırmızıdır. Əgər Qoç bürcüsünüzsə, daxilinizdəki gücü ortaya çıxarmaq üçün qızılı və onun tonlarına üstünlük verə bilərsiniz. Enerji və motivasiyanın rəngi olan qızılı eyni zamanda trend rəng hesab edilir.

Buğa - Buğa bürcü insanı üçün tünd rənglər tövsiyə edilir. Güclü və inadkar bir xarakterə malik olan Buğalar tünd qəhvəyi rəngi seçə bilərlər. Torpaq bürcü olan Buğalar tünd qəhvəyi və qəhvəyinin tonlarında özünü rahat hiss edə bilər.

Əkizlər - Olduqca sosial olan Əkizlər bürcü qadını fərqli saç rənglərini sınamaqdan çəkinmir. O, sevdiyi və ona yaraşan rəngi seçənə qədər müxtəlif rəngləri yoxlayacaq. Amma çalışmaq lazımdır ki, saçlar yanmasın. Uyğun rəng isə, ona yaraşandır.

Xərçəng - Xərçənglər duyğusaldırlar. Təbiiliyi sevən Xərçənglərə isti rənglər daha yaxşı yaraşır. Darçın, açıq qəhvəyi və qumral rənglərdən birini seçə bilərsiniz.

Şir - Cəsur, gözqamaşdıran Şir bürcü qadını sarı rəngi seçə bilər. Əgər saçları qaradırsa, sarıya keçmək üçün diqqətli davranmalıdır. Düz və dalğalı saçlar ona çox yaraşacaq.

Qız - Sakit təbiətli və səliqəli Qız bürcü saç rəngində təbii və açıq qəhvəyi rəngləri seçməlidir. Qəhvəyi saçlarının yay fəslində günəşdən açılmış halı görüntünüzü dəyişdirəcək. Bir dəlilik etmək istəyərsə, boz rəngi seçə bilər.

Tərəzi - Əyləncəli və hər kəsin zaman keçirməyi sevdiyi Tərəzilər, ətrafına ilham vermək üçün çəhrayı rəngi seçə bilrələr. Əgər saçları açıq rəngdədirsə, aralarına çəhrayı rənglər əlavə edə bilər.

Əqrəb - Əqrəb bürcü hər zaman güclü bir saç rəngi seçmək istəyər. Əgər belə düşünürsünüzsə, platin sarını seçin. Sarı ilə yanaşı qızılı tonlara da üstünlük verə bilərsiniz.

Oxatan - Oxatanlar azad ruhlu və xeyirxah olurlar. Buna görə də rəng seçərkən də hansı rəngdə özünüzü rahat hiss edirsinizsə, onu da seçməlisiniz. Biz isə sizə qəhvəyi və tonlarını məsləhət görərdik.

Oğlaq - Məsuliyyətli və nizamlı olmağı sevən Oğlaq bürcü qadınlarına qara rəng çox yaraşır. Mavi-qara, qızılı-qara kimi fərqli rənglər, Oğlaqların müdrikliyini üzə çıxarır.

Dolça - Dolça, ətrafda olanları kəşfetməyi sevir. Saçlarınızda risk alıb, başqalarına ilham verə bilərsiniz. Mavi, çəhrayı, yaşıl kimi fərqli rənglr sizə özünüzü yaxşı hiss etdirə bilər.

Balıq - Son dərəcə həssas və duyğusal olmaq xüsusiyyəti ilə özünü göstərən Balığı dənizdən və sudan başqa nə təmsil edə bilər ki? Buna görə də, mavi rəngi yoxlayarsınız.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »