Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir

İqlim dəyişiklikləri yer üzərində baş verən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir.

İqlim sisteminin fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Bu barədə danışan Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva qeyd edib ki, bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə, bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir.

Xatırladaq ki, əsas hədəfi qlobal istiləşməni 1,5 C ilə məhdudlaşdırmaq və istixana qazlarının qlobal səviyyədə azaldılmasını təmin etmək olan Paris İqlim Müqaviləsi ilə ölkələr iqlim böhranına qarşı mübarizə aparır.

Biz eyni zamanda iqlim böhranı ilə yanaşı, hava kirliliyi ilə də mübarizə aparırıq. Bütün dünyada hava kirliliyi o qədər artıb ki, artıq bu insan həyatını da təhlükə altına alıb. İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir.

Həkim terapevt Xatirə Əhmədova Bizimyol.info saytına açıqlamasında bildirib ki, hava kirliliyi, su və qidanın kirlənməsi sağlamlığa təsir edir. Bununla yanaşı, quraqlıq səbəbi ilə su və ya qida qıtlığı və ya bahalı olduğu üçün təmiz su və qidaya əlçatanlığın olmaması səbəbilə yetərsiz qidalanma, yetərsiz gigiyenaya bağlı yoluxucu xəstəliklərin artması müşahidə ediləcək.

Həkimin sözlərinə görə, isti dalğalar səbəbindən havaların normaldan isti keçməsi də insanların sağlamlığı üçün əsas təhlükələrdəndir. İsti dalğalar ürək-damar sistemi, böyrək, nəfəs yolu xəstəlikləri, sinir sistemi, yuxunun pozulması və ani ölümlərin artmasına səbəb olacaq.

Mütəxəssisin fikrincə, iqlim dəyişikliyi böyrək daşı xəstəliklərinin artmasına səbəb olacaq. Buna əsas səbəb isə, su qaynaqlarının çirklənməsi səbəbilə bədənin ehtiyacı olan su ehtiyacını ala bilməməsidir.

Xüsusilə də uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliklərdən əziyyət çəkənlər bundan çox təsirlənəcək.

Ümümdünya Səhiyyə Təşkilatı 2030-2050-ci illərdə iqlim dəyişikliyinə görə yetərsiz qidalanma, qızdırma, ishal və stress hallarının 250 000-dən çox ölümə səbəb olacağını bildirir. İqlim dəyişikliyi 2030-cu ilə qədər səhiyyə sferasına 2-4 milyard dollar zərər verəcək.

Elm adamları buzlaqlarda donmuş torpaqların, soyuq, qaranlıq və oksigensiz mühitin mikrob və virusların yayılmasının və insanlara yoluxmasının önündə br qalxan kimi görür. Çünki belə şəraitdə mikroskobik canlılar yüzillərlə yuxu halında yaşaya bilir. Bu da ağıllara “buzlaqlar əriyərsə, virusların yayılmasına səbəb olacaq” fikrini gətirir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »