Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcəyin texnologiyası formalaşır: Zehni oxuyan məişət cihazları, dərman təyin edən cihazlar
Gələcəyin texnologiyası formalaşır: Zehni oxuyan məişət cihazları, dərman təyin edən cihazlar

Ağıllı idarə olunan məişət texnikası və ya dərman yazan ağıllı cihazlar… Bütün bunlar nə qədər qeyri-mümkün görünsə də, gələcəkdə bütün evlərdə öz yerini tapa bilər.

Bizimyol.info xəbər verir ki, hətta tədqiqatçılar bildirirlər ki, bu ağıllı cihazlara onilliyin sonuna qədər hər orta gəlirli ailənin evində rast gəlinə bilər.

Məlumata görə, açıqlanan yeni hesabatda 2030-cu ilə qədər orta hesabla bir insanın hər 18 saniyədən bir ağıllı cihazla qarşılıqlı əlaqədə olacağı təxmin edilir və bildirilir ki, buraya dərimizdəki anormal dəyişiklikləri aşkar etmək üçün ağıllı güzgülər və ya öskürən, asqıran zaman resept tərtib edə bilən ağıllı dinamiklər də daxil olacaq.

Hesabatda, cihazların qlobal səhiyyə sənayesinə ildə 33 milyard funt-sterlinq qənaət edə biləcəyi təxmin edilir.

Mütəxəssislər, 2030-cu ilə qədər evlərdə olacaq ağıllı cihazların səslə deyil, düşüncələrlə idarə oluna biləcəyini də bildiriblər. Beyin siqnallarını aşkarlaya bilən və gündəlik işimizdə istifadəçilərin danışmasına ehtiyac olmadan əmrləri yerinə yetirə bilən yeni texnologiya indi hər işimizə kömək edəcək.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »