Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanın qara pulları Böyük Britaniyaya axır”
“Rusiyanın qara pulları Böyük Britaniyaya axır”

ABŞ Ukrayna böhranını müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasını çağırdığı vaxtda, Rusiyadan İngiltərəyə axıdılan çirkli pullar üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, diplomatik mənbələr The Times-a bildiriblər ki, ABŞ Dövlət Departamenti Britaniya hökumətinin Rusiyadan şübhəli pul axınına göz yummasından narahat olub.

Məlumatda qeyd olunur ki, rus oliqarxlarının Böyük Britaniya banklarındakı pullarının hesabını aparmaq çətindir, lakin Britaniya hökumətinin 2016-cı ildəki hesablamalarına görə, korrupsiya nəticəsində Böyük Britaniyaya daxil olan pulların həcmi ildə 100 milyard funt-sterlinq təşkil edir.

Britaniya kəşfiyyatının məlumatına görə, rus oliqarxları Londonda daşınmaz əmlak sektoruna böyük sərmayələr qoyurlar.

Boris Consonun baş nazir olduğu 2019-cu ildən bəri hakim Mühafizəkarlar Partiyasının Rusiyaya bağlı insanlardan 2 milyon funt sterlinq ianə alması da mübahisəlidir.

Qeyd edək ki, kəşfiyyat bir müddətdir ki, xaricdən çirkli pul axınının qarşısını almaq məqsədi ilə tədbirlər görmək üçün hökumətə təzyiq göstərir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »